Mahir üçün 7 dəqiqə və 3 xal

 Mahir üçün 7 dəqiqə və 3 xal

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 28-ci tur start götürüb.

"Mediasport" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" "Fortuna"nı qəbul edib.

Görüş hücumçunun komandasının inamlı qələbəsi ilə yekunlaşıb - 3:0.

Zədədən yeni qayıdan Mahir meydana 83-cü dəqiqədə çıxıb.

Xal ehtiyatını 43-ə çatdıran "Kayzerslautern" 7-ci pillədə yerini möhkəmləndirib.