"Maksimum nəticə nədirsə, onun üçün çalışacağıq" - Cəfərquliyev

"Maksimum nəticə nədirsə, onun üçün çalışacağıq" - Cəfərquliyev

"Çox yaşı komandaya qarşı oynayacağıq. Müəyyən təlimatları almışıq, rəqibi təhlil etmişik".

"Mediasport" xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçuus Elvin Cəfərquliyev deyib.

Müdafiəçi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu axşam Polşada üz-üzə gələcəkləri Ukrayna yığması ilə qarşılaşma haqda danışıb.

O, bu gün meydanda sonadək mübarizə aparacaqlarını bildirib:

"Hazırlaşmağa çox vaxtımız yox idi. Amma matça komanda olaraq yaxşı hazırlaşıb, tam konsentrasiya olmuşuq. Maksimum nəticə nədirsə, onun üçün çalışacağıq".

Xatırladaq ki, D qrupunda yer alan komandamız 1 xalla sonuncudur.