Mahir Emreli üçün səfər sınağı

 Mahir Emreli üçün səfər sınağı

Bu gün futbol üzrə Almaniya 2-ci Bundesliqasında 30-cu tur start götürəcək.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Holştayn Kil"lə qarşılaşacaq.

Matç Bakı vaxtilə saat 20:30-da başlanacaq.

"Kayzerslautern" 29 turdan sonra 46 xalla 7-ci sırada qərarlaşıb və lider "Şalke"dən 12 xal geri qalır.