Santuşun millimizin heyətini açıqlayacağı tarix dəqiqləşdi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
"Mediasport" xəbər verir ki, portuqaliyalı mütəxəssis yığmamızın qarşıdakı iki yoldaşlıq oyunu üçün heyətini açıqlayacaq.
Tədbir martın 13-də milli federasiyanın inzibati binasında baş tutacaq.
Xatırladaq ki, millimiz martın 22-də Sumqayıtda Haiti ilə, 25-də Masazırda Belarus futbolçuları ilə qarşılaşacaq.