"Super Liqa kimi bir çempionata gəldiyim üçün sevincliyəm"
"Burada olduğum üçün çox şadam. Super Liqa kimi bir çempionata gəldiyim üçün sevincliyəm.
"Mediasport" xəbər verir ki, bu sözləri Türkiyənin "Ərzurumspor" klubu ilə müqavilə bağlayan Nəriman Axundzadə deyib.
Azərbaycan milli komandasının hücumçusu Super Liqa təmsilçisinə keçidi haqda fikirlərini bölüşüb:
"Azərbaycan və Türkiyə mədəniyyət baxımından bir-birinə çox bənzəyir. Mehriban insanlar var. Sosial mediada xoş mesajlar aldım.
Klubun prezidenti mənə maraq göstərdi, gəlməyim üçün çalışdı. Bu, məni xoşbəxt etdi.
Burada yeni səhifə açmaq istəyirəm. "Ərzurumspor"la anlaşandan sonra fanatlarla da maraqlandım.
Stadionda yaxşı atmosfer yaratdılar. Fanatlar gəlməyimi istəyirdi".
Qeyd edək ki, müqavilə ilə ABŞ-nin "Kolumbus Kryu" klubuna məxsus 22 yaşlı forvard Türkiyədə icarə əsasında oynayacaq.
Onun bu ilin fevralından amerikalılarla 3,5 illik anlaşması qüvvədədir.


