Mateuş Koxalskinin "Qarabağ"dan sərbəstqalma məbləği məlum oldu
Mateuş Koxalskinin "Qarabağ"la müqaviləsində sərbəstqalma bəndi yer alıb.
"Mediasport" xəbər verir ki, məbləğ 2,5 milyon avro təyin olunub.
Bu barədə "meczyki.pl" nəşri məlumat yayıb.
Bu bənd yalnız İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa, Hollandiya, Portuqaliya, Belçika, Şotlandiya və ABŞ klubları tərəfindən aktivləşdirilə bilər.
Bundan başqa, polşalı qolkoperi transfer edən klub onun növbəti satışından Ağdam təmsilçisinə 20 faiz pay verəcək.
Qeyd edək ki, "Qarabağ" Mateuş Koxalskini 2024-cü ilin yayında ölkəsinin "Stal" klubundan transfer edib.
25 yaşlı "əlcək sahibi" bu mövsüm Azərbaycan çempionunun heyətində 24 rəsmi matçda meydana çıxıb.
