"Qarabağ" "Liverpul" tarixinin ən bahalı futbolçusunu Bakıya gətirir

"Qarabağ" "Liverpul" tarixinin ən bahalı futbolçusunu Bakıya gətirir

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Macarıstanın "Ferensvaroş" komandası Bakıya məşhur futbolçu gətirəcək.

"Mediasport" xəbər verir ki, Budapeşt təmsilçisinin heyətində ölkəmizə vaxtilə "Liverpul"un tarixinə düşmüş Nəbi Keyta səfər edəcək.

Qvineyalı futbolçu 2018-ci ildə 60 milyon avro qarşılığında "Leypsiq"dən (Almaniya) İngiltərə nəhənginə transfer ediləndə "qırmızılar"ın tarixinin ən bahalı keçidi olub.

5 il "mersisaydlılar"da çıxış edəndən sonra 2023-cü ildə yenidən Almaniyaya qayıtmış Keyta bu dəfə "Verder"lə müqavilə bağlayıb.

Müqavilə ilə Bremen komandasına məxsus yarımmüdafiəçi 2024-cü ilin dekabrından icarə əsasında "Ferensvaroş"da forma geyinir.

Xatırladaq ki, Ağdam klubunun macarlarla Bakıdakı dueli avqustun 27-də baş tutacaq. İlk oyun avqustun 19-da Budapeştdə reallaşacaq.