Mahirin bilək sümüyü qırıldı

Almaniyanın "Nürnberq" klubunda çıxış edən Mahir Emreli zədə alıb.
"Mediasport" xəbər verir ki, bu barədə 2-ci Bundesliqa klubu məlumat paylaşıb.
Qeyd olunub ki, Azərbaycan yığmasının hücumçusu 31-ci turun "Fortuna" ilə səfər matçında zədələnib.
Bilək sümüyü qırılmış 28 yaşlı forvard hazırda cərrahi müdaxilə olmadan - konservativ üsulla müalicə edilir. O, məşqlərə və növbəti oyunlara xüsusi hazırlanmış şinlə çıxacaq.
Xatırladaq ki, "Nürnberq"də ötən yaydan forma geyinən Emreli Bundesliqada 7 qol, 1 məhsuldar ötürmə edib.