İK qız futbolçunu təhqir edən qadın məşqçini 5 oyunluq cəzalandırdı

İK qız futbolçunu təhqir edən qadın məşqçini 5 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsi U-15 Qızlar Liqasında mübarizə aparan Gəncənin "Ümid” komandasının köməkçi məşqçisi Hürzad İsmayılovaya ağır cəza verib.

"Mediasport" xəbər verir ki, buna mütəxəssisin liqaının 1/4 final mərhələsinin “Şəfa” ilə oyununda yol verdiyi intizamsızlığı səbəb olub.

Məşqçi 36-ci dəqiqədə rəqib futbolçunu təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

İK-nın qərarına əsasən, İsmayılova 5 oyunluq diskvalifikasiya edilib.