"Milan"da 34 oyun keçirmiş müdafəçi "Qarabağ"ın siyahısında
"Milan"ın yetirməsi Andrey Kubiş karyerasını Azərbaycanda davam etdirə bilər.
"Mediasport" xəbər verir ki, Rumıniya millisinin mərkəz müdafiəçisini "Qarabağ" transfer etmək istəyir.
Ağdam təmsilçisi İtaliya nəhənginin U-23 komandasında 34 oyun keçirmiş 23 yaşlı futbolçunun məxsus olduğu "Universitatya" (Kluj) klubu ilə danışıq aparır.
2026-cı ilin yanvarından Rumıniya klubunun heyətində 20 matçda 1 qol vurmuş Kubişin transfer dəyəri 1,2 milyon avro qiymətləndirilir.
O, "Milan"dan sonra 1 il A Seriyasının digər təmsilçisi "Sampdoriya"ya məxsus olsa da, Genuya klubunda forma şansı qazana bilməyib.



