"Neftçi"nin futbolçusu Albaniya klubunda oynayacaq - FOTO

"Neftçi"nin futbolçusu Albaniya klubunda oynayacaq - FOTO

"Neftçi"nin futbolçusu Elnur Abdullayev karyerasını ölkə xaricində davam etdirəcək.

"Mediasport" xəbər verir ki, hücumameylli oyunçu Albaniyaya yollanıb.

19 yaşlı yarımmüdafiəçi 1-ci Liqa təmsilçisi "Besa" ilə 1 illik müqavilə bağlayıb.

Xatırladaq ki, bu komandada "Qarabağ"ın yetirməsi Kamil Sadıqlı da forma geyinir.