Milli komandamız İslam Həmrəyliyi Oyunlarına Braziliyada hazırlaşır

Kişilərdən ibarət cüdo yığmamız Braziliyanın San Paulu şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
"Mediasport" xəbər verir ki, toplanışa Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədovla Robert Kravçik rəhbərlik edirlər.
İki həftə davam edəcək bu toplanış milli komandamızın V İslam Həmrəyliyi Oyunlarına hazırlığının bir mərhələsidir.