İslam Rəhimov ardıcıl 2-ci dəfə Avropa çempionu adını qazandı!
İtaliyanın Neapol şəhərində cüdo üzrə U-23 Avropa çempionatı start götürüb.
"Mediasport" xəbər verir ki, yarışın ilk günündə Azərbaycan komandası 1 qızıl medal qazanıb.
66 kq çəki dərəcəsində yarışan İslam Rəhimov karyerasında ardıcıl ikinci dəfə qitə çempionu olub.
O, finalda niderlandlı rəqibinə ipponla qalib gəlib.
Azərbaycan millisi yarışa 8 idmançı ilə yollanıb. AÇ-də ümumilikdə 36 ölkədən 275 cüdoçu iştirak edir.

