Azərbaycanı "Böyük Dəbilqə" yarışında 33 cüdoçu təmsil edəcək

Azərbaycan Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində 33 cüdoçu ilə təmsil olunacaq.
Mediasport.com.az xəbər verir ki, yarışda 12 çəki dərəcəsində 24 kişi və 9 qadın idmançımız mübarzə aparacaq.
Üç gün davam edəcək turnirdə ümumilikdə 38 ölkədən 270 cüdoçu medal qazanmağa çalışacaq.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Beynəlxalq Cüdo Federasiyasının qərarına əsasən, “Dünya Cüdo Turu” seriyasına daxil olan "Böyük Dəbilqə" turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək.