Azərbaycanın daha iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq - DÇ

Azərbaycanın daha iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq - DÇ

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın iki idmançısı mübarizəyə qoşulacaq.

90 kq-da Vüqar Talıbov 1/32 finalda Luka Maysuradze (Gürcüstan) ilə qarşılaşacaq.

İlk mərhələdən azad olan Elcan Hacıyev isə 1/16 finalda Nurbek Murtuzoyev (Özbəkistan) - Remi Feullet (Mavriki) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan mundiala 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb.

Daha əvvəl yarışan 8 idmançımız - Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, 52 kq, Fidan Əlizadə, 57 kq, Əhməd Yusifov, 60 kq, Ruslan Paşayev, 66 kq, Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) ümidləri doğrultmayıb.

Mundailda yığmamızın heyətində hələlik Zelim Tçkayev (81 kq) bürünc medal qazanıb.