"Sabah" Çempionlar Liqasında Serbiya klubu ilə qarşılaşır

 "Sabah" Çempionlar Liqasında Serbiya klubu ilə qarşılaşır

"Sabah" basketbol klubunun U-18 komandası bu gün gənclər arasında Çempionlar Liqasında növbəti oyununu  keçirəcək.

"Mediasport" xəbər verir ki, təmsilçimiz 5-8-ci yerlər uğrunda matçda Serbiyanın "Borats" kollektivi ilə qarşılaşacaq.

Bosniya və Herseqovinada keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Xatırladaq ki, "Sabah" B qrupunda Almaniyanın "Porşe BBA Lüdviqsburq" komandasını məğlub edib (72:61), Bosniya və Herseqovinanın "İqokea"ya klubuna uduzub (58:88).