Yığma komandalarımızın məşqçisi Minsk hazırlığını qiymətləndirdi
“Toplanış bizim üçün çox faydalı oldu. Güclü rəqiblərlə qarşılaşaraq komandalarımızın hazırkı vəziyyətini qiymətləndirmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdik".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycanın 16, 18 və 20 yaşadək qızlardan ibarət basketbol milli komandalarının baş məşqçisi Evren Alkaya deyib.
Türkiyəli mütəxəssis yığmalarımızın Belarusun paytaxtı Minsk şəhərində baş tutan təlim-məşq toplanışını dəyərləndirib.
O, komandaların təcrübə qazandıqlarını vurğulayıb:
"İnanıram ki, hazırlığın nəticələri qarşıdakı Avropa çempionatlarında özünü göstərəcək”
Xatırladaq ki, U-16, U-18 və U-20nin toplanışı 26 may – 4 iyun aralığında reallaşıb.


