Türkiyə tarixi uğurunu təkrarladı
Basketbol üzrə Türkiyə milli komandası Avropa çempionatında finala yüksəlib.
"Mediasport" xəbər verir ki, "ay-ulduzlular" yarımfinalında Yunanıstan yığmasını məğlub ediblər - 94:68.
Ergin Atamanın baş məşqçisi olduğu kollektiv bununla da tarixində ikinci dəfə qitə birinciliyinin finalına vəsiqə qazanıb.
Həlledici qarşılaşma sabah Almaniya basketbolçuları ilə olacaq.
