Yığmamız Avropa çempionatında Monteneqro millisinə uduzdu
18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən Avropa çempionatının B Divizionunda növbəti oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Erhan Tökerin baş məşqçisi olduğu kollektiv 9-16-cı yerlər uğrunda pley-off matçında Monteneqrodan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsilə yekunlaşıb - 77:71.
Xatırladaq ki, komandamız bunadək yer aldığı qrupda Ukrayna (77:68) və Portuqaliyaya (52:50) qalib gəlib, Polşa (60:70), İslandiya (56:95) və Çexiyaya (46:74) isə udub.


