Yığma komandalarımız üçün yarımfinal sınağı - Avropa Kuboku
3x3 basketbolçu qadınlardan və kişilərdən ibarət Azərbaycan yığmaları Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, komandalarımız müvafiq olaraq, Kosova və Kiprlə üz-üzə gələcək.
Qarşılaşmalar "FİBA 3x3" "YouTube" kanalında canlı yayımlanacaq.
Qadın basketbolçularımız buna qədər Kipr (16:10) və Maltanı (15:14) məğlub edib.
Kişilərdən ibarət yığma komandamız isə Albaniyaya uduzub (20:21), Malta (18:16) və San-Marinonu (21:20) mübarizədən kənarlaşdırıb.
Avropa Kuboku. Seçmə mərhələ. Yarımfinal
Qadınların mübarizəsi
18:00 Azərbaycan - Kosova
Kişilərin mübarizəsi
19:00 Kipr - Azərbaycan


