Azərbaycan çempionatında final: "Sabah" "Neftçi" ilə qarşılaşır

Bu gün kişi basketbolçular arasında Azərbaycan çempionatında final seriyası start götürəcək.
"Mediasport" xəbər verir ki, son çempion “Sabah” “Neftçi” ilə qarşılaşacaq.
Saat 19:00-da başlanacaq görüş Bakı İdman Sarayında keçiriləcək.
Qeyd edək ki, final seriyası azı 3 qələbəyədək davam edəcək. Komandalar arasında digər duellər mayın 4, 6 və 8-də baş tutacaq.