Azərbaycan yığması İslam Həmrəyliyi Oyunlarının finalında

Azərbaycan yığması İslam Həmrəyliyi Oyunlarının finalında

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışlarını davam etdirir.

"Mediasport" xəbər verir ki, yarımfinal matçını da qələbə ilə başa vuran komandamız qızıl medal görüşünə vəsiqə qazanıb.

Basketbolçularımız final yolunda Misir seçməsini məğlub ediblər - 22:15.

Çempionluq yolunda rəqibimiz İran - Türkiyə cütünün qalibi olacaq.