Yığmamızın dünya çempionatı oyununu yunanlar idarə edəcəklər

Yığmamızın dünya çempionatı oyununu yunanlar idarə edəcəklər

Sentyabrın 9-da DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Ukrayna oyununun hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçı Yunanıstandan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim Vasilis Fotias olacaq.


DÇ-2026. Seçmə qrup mərhələsi


20:00. Azərbaycan - Ukrayna

Baş hakim: Vassilis Fotias

Yan xətt hakimləri: Andreas Meintanas, Mixail Papadakis

Dördüncü hakim: Anastasios Papapetru

VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.