"Qarabağ” qadın liqalarında iki yaş kateqoriyası üzrə təmsil olunacaq"

"Qarabağ” qadın liqalarında iki yaş kateqoriyası üzrə təmsil olunacaq"

Bu mövsümdən qadın futbolçuların Azərbaycan çempionatında mühüm yeniliklər olacaq.

"Mediasport" xəbər verir ki, bu barədə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva məlumat verib.

Federasiya rəsmisi 2026/2027-ci illər mövsümnün püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib ki, ilk növbədə yarışın adı dəyişdirilib:

"Çempionat Qadınlar Super Liqası adlandırılıb və yeni loqosu təqdim olundu. Bundan başqa, iki yeni komanda - "İmişli" və "Goranboy"la iştirakçı sayı 12-yə çatdırılıb.

"Qarabağ" klubu hələlik aşağı yaş liqalarında mübarizə aparacaq. Onlar iki yaş kateqoriyası üzrə yarışlarda iştirak edəcəklər.

Hazırda qeydiyyat prosesi davam edir, proses yekunlaşdıqdan sonra media üçün ətraflı məlumat veriləcək.

Ümid edirik ki, növbəti mövsümlərdə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klubların qadın komandalarını da Super Liqamızda görə biləcəyik”.

Xatırladaq ki, birincilik oktyabrın 18-də start götürəcək.