Fəridə Lütfəliyeva Avropa çempionatı matçlarına təyinat aldı

 Fəridə Lütfəliyeva Avropa çempionatı matçlarına təyinat aldı

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupunda keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də Albaniya – İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi olacaq.

Digər referi Sevda Nuriyeva hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.