"Qızlar əllərindən gələni etdilər” - Millimizin baş məşqçisi

“İlk rəqibimiz Şimali İrlandiya çox güclü komanda idi. Onlar qrupdakı hər üç oyunda böyükhesablı qələbə qazandılar".
"Mediasport" xəbər verir ki, bunu 19 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Həbib Ağayev deyib.
Mütəxəssis Avropa çempionatının II seçmə mərhələsi çərçivəsində Albaniyada keçirdikləri oyunlarla bağlı fikirlərini bildirib:
"Albaniya və Monteneqro isə təxminən bərabər gücdə idilər. İlk matçdan sonra komandamızda bir az yorğunluq yaranmışdı. İkinci görüşdə fərdi səhvlərdən Albaniyaya uduzduq.
Monteneqro ilə görüşdə komandamız istədiyimiz formaya çatmışdı. Qrupumuzda ikinci yeri tutan Monteneqronu məğlub edə bilərdik. Ancaq yüz faizlik qol imkanlarını əldən verdik. Bu oyunlar komandamız üçün yaxşı təcrübə oldu. Qızlar əllərindən gələni etdilər”.
Qeyd edək ki, U-19 millimiz B Liqasının IV qrupunda Şimali İrlandiya (0:4), Albaniya (0:4) və Monteneqro (1:2) yığmalarına məğlub olub.