Millətlər Liqası: Yığmamız Monteneqro ilə bərabərə qaldı

Qadınlardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasının C Divizionunun 4-cü qrupunda ilk oyununa çıxıb
"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız Bakıda Monteneqro seçməsini qəbul edib.
Görüşdə hesab açılmayıb.
3 komandalı qrupda digər rəqib Litva yığması ilə komandamızın qarşılaşması aprelin 4-də səfərdə olacaq.
UEFA Millətlər Liqası. 4-cü qrup. 1-ci tur
Azərbaycan - Monteneqro 0:0
Baş hakim: Tatyana Sorokopudova
Yan xətt hakimləri: Nargis Maqau, Dinara İdrisova
Dördüncü hakim: Elvira Nurmustafina
Bakı, Mərdəkan, "Dalğa Arena"