Millimiz Gürcüstan yığmasının qapısından 6 cavabsız top keçirdi

 Millimiz Gürcüstan yığmasının qapısından 6 cavabsız top keçirdi

Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünə çıxıb.

"Mediasport" xəbər verir ki, yığmamız yerli kollektivlə qarşılaşıb.

Futbolçularımız rəqib qapısından 6 cavabsız top keçiriblər - Orxan Məmmədov (3), Elşad Manafov (2) və Sahib Məmmədov fərqləniblər.

Komandalar arasında növbəti sınaq iyulun 10-da baş tutacaq.

Hazırlıq 15-19 iyul tarixlərində reallaşacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır.