Nəriman "Qalatasaray"a qarşı oynadı, klubu darmadağın edildi
Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadə Türkiyə Super Liqasında ikinci matçına çıxıb.
"Mediasport" xəbər verir ki, hücumçunun formasını geyindiyi "Ərzurumspor" doğma meydanda son çempion "Qalatasaray"ı qəbul edib.
Görüş İstanbul nəhənginin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Nəriman 55-ci dəqiqədə meydana çıxıb və 84-cü dəqiqədə sarı vərəqə ilə yadda qalıb.
Xatırladaq ki, Ərzurum təmsilçisi ilk turda da məğlub olmuşdu.


