"Qarabağ"ın gənc futbolçusu Belarusda mükafata layiq görüldü
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Əli Bəşirov Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində mükafatlandırılıb.
"Mediasport" xəbər verir ki, "Qarabağ"ın cinah vingeri yığmamızın Belarus millisi ilə görüşündə ən yaxşı oyunçu seçilməsi münasibətilə hədiyyə alıb.
16 yaşlı futbolçuya turnirin baş sponsoru olan "Luç" zavodunun saatı bağışlanıb.
Xatırladaq ki, Əli 1:0 hesabı ilə başa çatan qarşılaşmada baxımlı qolla yadda qalıb.
Bu həm də komandamızın yarışda ilk qələbəsi olub.
U-18 burada daha əvvəl Rusiya (1:7) və Özbəkistan (1:3) yığmalarına uduzub.
