Millimizin üzvü 1-ci Liqada qaldı

 Millimizin üzvü 1-ci Liqada qaldı

Azərbaycanın U-21 millisinin futbolçusu Şahmar Aşurov 1-ci Liqada klubunu dəyişib.

"Mediasport" xəbər verir ki, son mövsümü “Mingəçevir”də keçirən hücumçu “Baku Sportinq”də oynayacaq.

21 yaşlı forvardla 1 illik müqavilə bağlanıb.

O, daha əvvəl “Kəpəz” və “Zirə”nin formasını geyinib.