AFFA nümayəndələri Türkiyədə təcrübə səfərində olublar

 AFFA nümayəndələri Türkiyədə təcrübə səfərində olublar

AFFA rəsmiləri Türkiyədə səfərdə olublar.

"Mediasport" xəbər verir ki, baş katibin müşaviri Orxan Həsənov, İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol infrastrukturu layihələri şöbəsinin rəhbəri Sabir İsmayılov Türkiyə Futbol Federasiyasına məxsus Riva Həsən Doğan Milli Komandaların Təlim-Mərkəzinə təcrübə səfəri həyata keçiriblər.

Səfər çərçivəsində yerli federasiyanın infrastruktur üzrə məsul nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb və Təlim-Mərkəzin ümumi ərazisinə baxış təşkil olunub.