"Portu" və "Beşiktaş"da oynamış məşhur sima "Neftçi"yə keçə bilər

"Portu" və "Beşiktaş"ın sabiq hücumçusu Vensan Abubakar karyerasını "Neftçi"də davam etdirə bilər.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi kamerunlu forvarda təklif göndərib.
Bu barədə jurnalist Reşat Can Özbudak məlumat yayıb.
"Hatayspor"dan ayrıldıqdan sonra klubsuz qalan 33 yaşlı afrikalı hazırda azad agentdir.