"Qarabağ"ın yeni transferi bu gün "Tvente"yə qarşı oynamayacaq
"Qarabağ"ın yeni transferi Cebrail Makreçkis bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə oyunda meydana çıxmayacaq.
"Mediasport" xəbər verir ki, latviyalı müdafiəçi Niderland səfərindəki dueli cəza səbəbindən buraxacaq.
3-cü təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə səfər görüşündə qırmızı vərəqə alan 26 yaşlı futbolçunun 2 oyunluq cəzası qüvvədədir.
Kiyev "Dinamo"su ilə cavab qarşılaşmasını kənardan izləyən Makreçkisin iki matçlıq cəzası "Tvente" ilə ilk dueldə başa çatacaq.
O, avqustun 27-də Bakıda reallaşacaq cavab oyununda forma geyinə bilər.


