"Traktor"a tarixi çempionluq yaşadan Skoçiç postundan getdi
2025-ci ildə "Traktor"a tarixində ilk dəfə İran çempionluğunu qazandıran Draqan Skoçiç postunu tərk edib.
"Mediasport" xəbər verir ki, Təbriz klubuna 2024-cü ildən rəhbərlik edən xorvat mütəxəssis şəxsi səbəblərinə görə İrandan ayrılıb.
"Al qurdlar"ı bundan sonra Məhəmməd Rabyeyi çalışdıracaq.
45 yaşlı yerli mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
O, bir neçə gün əvvəl "Xeybər" klubundan ayrılıb.
