Millimizin üzvü "Sampdoriya"nın əsas komandasında debüt etdi

Millimizin üzvü "Sampdoriya"nın əsas komandasında debüt etdi

Azərbaycan U-21 milli komandasının futbolçusu Lorenso Mezzotero "Sampdoriya"nın əsas komandasında debüt edib.

"Mediasport" xəbər verir ki,18 yaşlı hücumçu İtaliya "B" Seriyasında "Yuve Stabiya"ya qarşı oynayıb.

Forvard meydana 87-ci dəqiqədə meydana daxil olub.

Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Xatırladaq ki, Bakıda anadan olmuş Mezzotero Genuya klubunun U-19 komandasının kapitanıdır.