Azərbaycan milli komandası FİFA reytinqində mövqeyini qorudu
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisi 2026-cı ilin ilk sıralamasında mövqeyini qoruyub.
Ayxan Abbasovun rəhbərliyində olan yığmamız 1132,97 xalla 127-ci pillədə qalıb.
Reytinqə 1877 xalla İspaniya başçılıq edir.
Argentina 1873 xalla ikinci, Fransa isə 1870 xalla üçüncüdür.
