Nəriman Axundzadə komandasının qələbəsini kənardan izlədi - VİDEO
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kryu" MLS-in müntəzəm mövsümündə növbəti oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, 21 yaşlı hücumçunun komandası 15-ci turda "Atlanta" ilə qarşılaşıb.
Nərimanın ehtiyatda qaldığı matç komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.
"Kolumbus Kryu" turnir cədvəlində 16 xalla 10-cu sırada yer alıb.


