Millidə komandada gərginlik - iki futbolçu heyətdən qovuldu

Millidə komandada gərginlik - iki futbolçu heyətdən qovuldu

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

"Mediasport" xəbər verir ki, Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən kənarlaşdırlıblar.

Bu futbolçular yığmamızın dünən Malta ilə yoxlama matçının (0:2) gedişində bir-biri ilə gərginlik yaşayıb.

Ayxan Abbasov bu səbəbdən onları düşərgədən uzaqlaşdırıb.

Xatırladaq ki, komandamız iyunun 9-da San Marino ilə qarşılaşmada növbəti yoldaşlıq oyununa çıxacaq.