Azərbaycanlı futbolçu Polşanı Qırğızıstan klubuna dəyişdi

Azərbaycanlı futbolçu Polşanı Qırğızıstan klubuna dəyişdi

Azərbaycanlı futbolçu Nazim Məmmədzadə Polşanın aşağı liqa təmsilçisi "Flota" klubundan ayrılıb.

"Mediasport" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını Qırğızıstanda davam etdirəcək.

O, Yüksək Liqa klubu “Alay”la müqavilə bağlayıb.

Qeyd edək ki, bu komandada 3 azərbaycanlı futbolçu oynayır - İldar Ələkbərov, Ramin Əhmədov və Habil Nurəhmədov.

Nazim “Neftçi-2”, “Renova”(Şimali Makedoniya), “Marino Luanko”, “Moralo”(hər ikisi İspaniya), MOİK, “Qrobinya”(Latviya) klublarında da forma geyinib.