Asim Xudiyev UEFA Konfrans Liqası görüşünə təyinat aldı
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.
"Mediasport" xəbər verir ki, A.Xudiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turu çərçivəsində noyabrın 6-da keçiriləcək "Şkendiya" (Şimali Makedoniya) – "Yagelloniya" (Polşa) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Skopye şəhərindəki "Todor Proeski" adına milli stadionda baş tutacaq.
