"Qarabağ"ı keçmək lazım idi" - Ağdam klubunun keçmiş rəqibi

"Qarabağ"ı keçmək lazım idi" - Ağdam klubunun keçmiş rəqibi

"Ümumi oyuna, nəticəyə və ümumən hər şeyə görə çox məyusam. "Qarabağ" elə bir komandadır ki, onu mütləq keçmək lazım idi".

"Mediasport" xəbər verir ki, bu sözləri Ukrayna mətbuatına açıqlamasında Artyom Fedotski deyib.

41 yaşlı veteran Kiyev "Dinamo"sunun "Qarabağ"la Konfrans Liqası matçları barədə düşüncələrini bölüşüb.

Sabiq futbolçu həmyerlilərinin oyununa və nəticəyə görə heyfisləndiyini bildiirb:

"Yəqin ki, baş məşqçi İqor Kostyuk "Dinamo"nu "alovlandıra" bilmir. Məşqçi ehtirası yoxdur, hər şey monoton görünür.

"Dinamo"nun oyununu təhlil etmək mənə çətindir. Əvvəllər bu komandadan qorxurdular, ehtiyat edirdilər.

Təkcə adından deyil, həm də futbolçularından. Ancaq indi...

​"Qarabağ"la ilk matç kifayət qədər yaxşı idi, amma demişdim, cavab oyunu üçün bir qol az olacaq. Vaxtilə "Dnepr"in heyətində Bakıda "Qarabağ"a qarşı oynamışam. Ona görə bu komandanın necə olduğunu bilirəm".

Xatırladaq ki, Artyom Fedotski 2014-cü ildə UEFA Avropa Liqasının qrup mərhələsində "Dnepr"in forması ilə hər iki matçda oynayıb.

Bakıda ukraynalılar (2:1), Kiyevdə isə "Qarabağ" qələbə qazanıb (1:0).