"Mingəçevir" Bakı səfərində lider "Şəfa"dan əzmkarlıqla xal qopardı
Futbol üzrə Azərbaycan 1-ci liqasında 15-ci tur yekunlaşıb.
"Mediasport" xəbər verir ki, lider "Şəfa" ikinci oyun günündə meydana çıxıb.
Premyer Liqaya iddialı paytaxt təmsilçisi Binədə "Mingəçevir"lə bacara bilməyib.
Ötən həftə "Səbail"lə bərabərə qalan Elgiz Kərəmlinin komandası bu dəfə böyük üstünlüyü əldən verib.
2 top fərqilə geri düşən qonaq Ramiz Məmmədovun yetirmələri əzmkarlıq göstərərək Bakıdan xalla qayıtmağa müvəffəq olublar.
Azərbaycan 1-ci liqası. 15-ci tur
18 fevral (çərşənbə)
“Cəbrayıl” - “Baku Sportinq” 1:2
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Novruz Əzimov
Şamaxı OİK stadionu, 14:30
MOİK - “Səbail” 1:0
Hakimlər: Alik Yunusov, Sənan Atayev, Asif Abdullayev, Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Törə Əhmədova
Binə qəsəbə stadionu, 14:30
19 fevral (cümə axşamı)
“Şəfa” - “Mingəçevir” 2:2
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Zakir Şükürzadə, Murad Səlimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Binə qəsəbə stadionu, 14:30
“Zaqatala” - “Difai” 2:1
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Aydın Bəxşiyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Zaqatala OİK stadionu, 15:00
“Şimal” - “Şahdağ Qusar” 0:1
Hakimlər: Əkbər Əhmədov, Elmin Süleymanov, Elman Kərimov, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı OİK stadionu, 15:00

