Azərbaycan 1-ci Liqasında 26-cı turun oyun təqvimi müəyyənləşdi

  Azərbaycan 1-ci Liqasında 26-cı turun oyun təqvimi müəyyənləşdi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 26-cı turun təqvimi açıqlanıb.

"Mediasport" xəbər verir ki, tur iki oyun gününü əhatə edəcək.

Bütün görüşlər 17:00-da start götürəcək və Peşəkar Futbol Liqasının "I Liqa / II Liqa" "YouTube" kanalında canlı yayımlanacaq.

Azərbaycan 1-ci Liqası. 26-cı tur

14 may (cümə axşamı)

"Şimal" - "Difai"

Şamaxı OİK stadionu

15 may (cümə)

"Mingəçevir" - MOİK

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

"Səbail" - "Şahdağ Qusar"

"Bayıl Arena"

"Baku Sportinq" - "Zaqatala"

Buzovna qəsəbə stadionu

"Şəfa" - "Cəbrayıl"

Binə qəsəbə stadionu