1-ci Liqada aprel ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

1-ci Liqada aprel ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində aprelin ən yaxşı qolunun müəllifi mükafatlandırılıb.

"Mediasport" xəbər verir ki, MOİK-in futbolçusu İbrahim Əliyevə mükafat 26-cı turun "Mingəçevir"lə görüşündən əvvəl təqdim edilib.

Mükafatı PFL-in Media və marketinq direktoru Sənan Abdullayev verib.