"Sumqayıt"dan ayrılan hücumçu "Səbail"ə keçdi - RƏSMİ

"Sumqayıt"dan ayrılan hücumçu "Səbail"ə keçdi - RƏSMİ

"Sumqayıt"dan ayrılan Kamran Quliyev 1-ci Liqa təmsilçisi "Səbail"ə keçib.

"Mediasport" xəbər verir ki, 25 yaşlı hücumçu 1+1 illik müqavilə imzalayıb.

Kamran ötən mövsüm "gənclik şəhəri" təmsilçisinin heyətində 22 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

O, karyerası ərzində "Sabah" və "Şamaxı" klublarının da formasını geyinib.