1-ci Liqada həyəcan başlanır
Sabah futbol üzrə Azərbaycan 1-ci Liqasında 2026/2027-ci illər mövsümü start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk gündə 3 matç keçiriləcək.
Tur iki günü əhatə edəcək. Ötən mövsüm olduğu kimi, yarışda yenə 10 komanda mübarizə aparacaq.
Bütün qarşılaşmalar eyni saatda - 17:00-da start götürəcək.
Azərbaycan 1-ci Liqası. 1-ci tur
3 sentyabr (cümə axşamı)
MOİK – “Şahdağ Qusar”
Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Binə qəsəbə stadionu
“Baku Sportinq” – “Karvan-Yevlax”
Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
“Baku Sportinq Arena”
“Xankəndi” – “Səbail”
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Novruz Əzimov
Şamaxı OİK stadionu
4 sentyabr (cümə)
“Şimal” – “Gəncəbasar”
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı OİK stadionu
“Mingəçevir” – “Zaqatala”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)


