Montella Türkiyə millisindən istefaya göndərildi - RƏSMİ

Montella Türkiyə millisindən istefaya göndərildi - RƏSMİ

Futbol üzrə Türkiyə milli komandasında gözlənilən ayrılıq rəsmiləşib.

"Mediasport" xəbər verir ki, baş məşqçi Vinçenso Montella postunu tərk edib.

Məlumatı Türkiyə Futbol Federasiyası (TFF) paylaşıb.

İtalyan mütəxəssis uğursuz çıxışlara görə istefaya göndərilib.

"Ay-ulduzlular" onun rəhbərliyində UEFA Millətlər Liqasının qrup mərhələsində keçirdiyi 4 oyunun hamısında uduzub.

Montella komandaya 2023-cü ildən rəhbərlik edirdi. Türkiyə yığması DÇ-2026-da da uğursuzluğa düçar olub.