Avroliqada FİNAL: "Tottenhem" "Mançester Yunayted"lə qarşılaşır

Avroliqada FİNAL: "Tottenhem" "Mançester Yunayted"lə qarşılaşır

Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

"Mediasport" xəbər verir ki, İspaniyada baş tutacaq həlledici qarşılaşmada ingilis dueli reallaşacaq.

Turnirin ikiqat qalibi "Tottenhem" yarışı bir dəfə qazanmış "Mançester Yunayted"lə üz-üzə gələcək.

London klubu köhnə adı ilə UEFA Kubokunda 1971/1972 və 1983/1984-cü illər mövsümündə qalib olub.

"Qırmızı şeytanlar"ın bu uğuru 2016/2017-ci illər mövsümünə təsadüf edir.


UEFA Avropa Liqası. Final


23:00. "Tottenhem" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə)

Baş hakim: Feliks Svayer (Almaniya)

İspaniya, Bilbao, "San Mames" stadionu.