Mbappe "Qızıl buts" yarışında Messini qabaqlayır - ADLAR
Tarixdə ilk dəfə üç ölkədə keçirilən futbol üzrə dünya çempionatı sona yaxınlaşır.
"Mediasport" xəbər verir ki, bu səhər mundialda 1/4 final mərhələsi yekunlaşıb.
Mübarizədə 4 komanda qalıb - Fransa, İspaniya, İngiltərə və Argentina.
Turnir sona yaxınlaşdıqca bombardirlik yarışında da vəziyyət gərginləşir.
Hazırda Fransa millisinin hücumçusu Kilian Mbappe və Argentina yığmasının kapitanı Lionel Messi hərəyə 8 qolla ilk pillələri bölüşürlər.
7 futbolçu mükafat uğrunda iddiasını davam etdirir.
Messi əsas rəqibi ilə müqayisədə 1 məhsuldar ötürmə az edib.
Dünya Kuboku-2026. Bombardirlər cədvəli
1. Kilian Mbappe (Fransa) – 8 qol, 3 assist
2. Lionel Messi (Argentina) – 8 qol, 2 assist
4. Cud Bellingem (İngiltərə) – 6 qol, 1 assist
5. Harri Keyn (İngiltərə) – 6 qol, 1 assist
6. Usman Dembele (Fransa) – 5 qol, 2 assist
7 Mikel Oyarsabal (İspaniya) – 4 qol, 1 assist


